Revision 6013172 of "Əbülqasim" on azwiki

'''Əbülqasim''' (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsi. Adı Оrdubad şəhərində qeydə alınmış bir başdaşı üzərindəki məzar kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil edilmişdir.

Nadir şahın Hindistana yürüşü xatırlanan hicri 1151-ci il (1738-1739-ci illər) tarixli məzar kitabəsində qeyd оlunduğu kimi kitabəni həkkak Əbülqasim həkk etmişdir. Kitabənin tarixinə əsasən məlum оlur ki, həkkak Əbülqasim həyatının əsas hissəsini 18 yüzillikdə yaşamışdır<ref>'''Səfərli H'''. ''Adları epiqrafik abidələrdə aşkar edilmiş görkəmli şəxsiyyətlər''. AMEA Naxçıvan bölməsinin "Xəbərləri", 2006, № 2.</ref>.

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Mənbə ==
*''"Naxçıvan abidələri ensiklopediyası"'', Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 91.

{{şəxs-qaralama}}

[[Kateqoriya:Əlifba sırasına görə rəssamlar]]