Revision 6074513 of "Have You Ever Really Loved a Woman?" on azwiki

{{Vikiləşdirmək}}
{{Sinql
|Başlıq              = Have You Ever Really Loved a Woman?
|Şəkil           = 
|Şəklin ölçüsü      = 
|Şəklin izahı      = <!-- mahnıya aid şəklin izahı -->
|İfaçı           = [[Brayan Adams]]
|Albom           = [[Don Xuan Demarko|Don Juan DeMarco: Original Motion Picture Soundtrack]] və [[18 til I Die]]
|Format            = sinql
|Yayımlanıb      = 4 aprel 1995
|Yazılıb         = 1994
|Studiya         = [[A&M Records]]
|Janr            = [[Latin rok]], [[soft rok]], [[Pop rok]]
|Dil             = <!-- ifa olunduğu dil -->
|Müddət          = 4:50
|Bəstəkar        = [[Brayan Adams]],<br/>[[Maykl Keymen]],<br/>[[Robert Con Lanq]]
|Prodüser        = Adams və Lanq
|Mahnılar        = <!-- alboma daxil olan mahnıların adları -->
|A tərəfi        = <!-- A tərəfinə daxil olan mahnıların adları -->
|B tərəfi        ="Low Life"
|Əvvəlki            = [[All for Love]]
|Əvvəlkinin ili         = 1993
|İl        = 1995
|Sonrakı            = [[Rock Steady]]
|Sonrakının ili         = 1995
|Səslənməsi      = 
|Səslənmənin izahı   = 
|Səslənməsi2     = 
|Səslənmənin izahı2  = 
}}
[[Fayl:Bryan_oscar.jpg|thumb|right|Brayan Adams mahnını [[1996]] Oskar seremoniyasında ifa edərkən]]

"'''Have You Ever Really Loved a Woman?'''" [[1995]]-ci ildə başrollarda [[Conni Depp]], Marlon Brando və Fey Duneveyin çəkildiyi məşhur romantik komediya [[Don Xuan DeMarko]] filmi üçün [[Brayan Adams]], [[Maykl Kamen]] və [[Robert Con Lunc]] tərəfindən yazılmış məşhur mahnı. Mahnının melodiyası filmin musiqi motifi kimi istifadə olunub, mahnı özü filmdə üç dəfə keçir, iki dəfə başqa müğənnilər tərəfindən ispan dilində və ən axırda film bitdikdə Brayan Adams tərəfindən ifa olunur. Brayan Adamsın versiyası mahnının saundtrek albomunda və Brayanın ''[[18 Til I Die]]'' albounda yer aldı. [[ABŞ]]-da 5 həftə birinci yerdə qalan mahnı, bütün dünya üzərində böyük bir hitə çevrilərək əksər çartlarda Top 3-ə daxil olabildi. Kamen, Adams və Lunc tərəfindən yazılmış üçüncü nömrə bir hiti olan bu mahnı 2 dəfə Gremmi və 1 dəfə Oskar mükafatına namizəd göstərildi.

Bir çox qadın qrupları mahnı populyar olduqdan sonra Adams ilə əlaqə qurdular, bu Brayanı döş xərçəngi ilə bağlı araşdırma haqqında bir foto kitab çap elətdirməyə qədər apardı.

Brayanın əsas stili rok musiqisi olsa da mahnı daha çox İspan pop mahnılarına oxşayır. Mahnı bir qadını sevmənin necə bir hiss olduğundan bəhs edir. Klipi Anton Korbijn tərəfindən İspaniyada çəkilmişdir. Korbijn və Adams daha əvvəl Türkiyədə çekilən "Do I Have to Say the Words?" mahnısının klipində birgə işləmişdilər. Brayandan sonra bir çox müğənni mahnıdan istifadə etdi. Mahnının ispanca halı başrollarda Şon Penn ve Cennifer Lopezin çekildiyi U-Turn filmindədə istifadə olunub.

[[Kateqoriya:İngilis dilində mahnılar]]
[[Kateqoriya:Brayan Adams mahnıları]]