Revision 6074721 of "Maarif mis-porfir təzahürü" on azwiki== Ümumi məlumat ==
Təzahür [[Maarif kəndi]]nin şərq,cənub-şərqində yerləşir. Həmin təzahür böyük Qalaça-Qaradağ dərinlik qırılması boyu uzanır. Təzahür şimal-qərbdən Atabəy-Slavyanka plagioqranit intruziyası ilə, cənub-şərqdə isə Gədəbəy diorit intruziyası ilə əhatə olunur. Təzahürün örtük hissəsi vulkanik tuflar ilə örtülüdür. Təzahür sahəsində 50x50 m. ölçüdə 1:5000 miqyasında axtarış işləri aparılmışdır. Bundan əlavə həmin sahədə yenə 100x100 m. ölçüdə 1:5000 miqyasında geofiziki axtarış işləri aparılmışdır. Hər iki geoloji-axtarış işləri zamanı Cu və Mo üçün bir neçə geokimyəvi və geofiziki anomal sahələr ayrılmışdır. Hər iki anomal sahələr bir-birini təsdiqləyir. Həmin anomal sahələrdə dərinlik quyuları qazılmışdır. Bu anomal sahələr Böyük Qalaça Qaradağ qırılmasını və onun qərb, şərq və cənub hissəsini örtür. Həmin qırılmanın hesabına hidrotermal məhlullar yan süxurları dəyişdirmiş və mis-porfir minerallaşma kütlələri əmələ gətirmişdir. Dərinlikdə porfir intruziyası kəsilmişdir. Bu filiz kütlələrinin əmələ gəlməsinə həmin porfir intruziyasınında az təsiri olmamışdır. Həmin ərazidə qazılmış dərinlik quyularının kəsilişlərinə əsasən törəmə kvarsitlərə və kvars-porfirlərə rast gəlinir. [[Kvars]] porfirlər Üst Bayos yaşlıdır. Kvars porfirlərdə minerallaşmanı ən çox pirit,bəzən möhtəvi [[pirit]]-xalkopirit,bəzən isə yuvacıqlarda pirit-molibden birləşmələr təşkil edir. Aşağı horizontlarda az miqdarda qızıl və gümüşə rast gəlinir. Dərinliyə getdikcə süxurlar silikatlaşmış və kaolinləşmişdir. Böyük Qalaça Qaradağ dərinlik qırılması Şimal Qərb-Şərq istiqamətində uzanır və Şərq istiqamətə 700-750 yatır. Maarif təzahürü geoloji quruluşun kəşfiyyata dair mürəkkəbliyinə görə şərti olaraq, qeyri sabitqanlığı, [[mis]]in qeyri-bərabər yayıldığı orta yataqlara aid etmək olar<ref name=":0">Elnur İbiş oğlu Səfərov "Kiçik Qafqazın faydalı-qazınti yataqları" Bakı-2012</ref>.
== Proqnoz resursları ==
Maarif mis-porfir təzahürünün P1 kateqoriyası üzrə proqnoz resursları müəyyən edilmişdir.
* Təzahürün uzunluğu-1800 m;
* Filiz sahəsinin eni-100 m;
* Filiz cisminin qalınlığı-100 m;
* Filiz cisminin həcmi-18 mln. m³;
* Orta miqdar: Cu-0,4%, Mo-0,01%, Au-0,3% q/t.
* Metalların resursları: Cu-200000 t, Mo-5000 t, Au-15 t.
* Minimum, 50% çıxarılma ilə metalların ehtiyatları təqribən belə olacaqdır:Cu-65000 t, Mo-1500 t, Au-5 t.
Təzahür Ştokverk tipli filiz kütlələrindən ibarət olub, piritin, xalkopiritin və molibdenin möhtəvi damarcıqlarından və onların oksidlərindən ibarətdir. Mis-porfir filizləşməsi törəmə kvarsitlərin içərisində yerləşir. Törəmə kvarsitlərin sahəsi təxminən 0,3 km<sup>2</sup>
, orta qalınlığı 57,9 m, misin orta miqdarı isə 0,59% hesablanır<ref name=":0" />.
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[Kateqoriya:Azərbaycan mineralları]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=6074721.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|