Revision 6075714 of "Kür çayının ekoloji vəziyyəti" on azwiki{{Silinməyə namizəd}}
'''Kür çayı -''' Respublikamızın əsas su arteriyası olub, hələ Azərbaycan ərazisinə daxil olana qədər qonşu ölkələrdə güclü çirklənməyə məruz qalır.
== Kür çayını əsas çirkləndirici mənbələr ==
Kür çayına əvvəlcə [[Gürcüstan]]ın [[Axaltsixe|Axalsixe]], [[Borjomi|Borjom]]<ref>'''Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri. Bakı 2006'''</ref>[[Borjomi|i]], [[Xaşuri bələdiyyəsi|Xaşuri]], Kareli, [[Qori şəhəri|Qori]], [[Kaspi bələdiyyəsi|Kaspi]] şəhərlərinin və çayın sahilində olan digər yaşayış məntəqələrinin sənaye müəssisələri və kommunal-məişət tullantıları hesabına sutkada 3 milyon m³ –ə qədər çirkab suları buraxılır. Daha sonra 40 km məsafədə Tbilisi şəhəri daxilində axan Kür burada daha ciddi çirklənməyə məruz qalır. Gürcüstan Respublikası Təbiəti Mühafizə Komitəsinin su müfəttişliyinin məlumatlarına görə (1989), şəhər daxilində çay suyunda olan zərərli üzvi maddələrin miqdarı qəbul olunmuş son həddən 20 dəfə, fenol 300 dəfə, neft məhsulları 330 dəfə, xrom 600 dəfə, mis və kadmium 10 dəfə, sink 13 dəfə, azot 8 dəfə, mədə bağırsaq basilləri 238 dəfə, saprofit bakteriyaları isə 300 dəfə artıqdır. Tbilisidə olan 30-dan çox küçənin leysan kollektorları şəhərin bir çox sənaye müəssisələrinin («Elektroaparat», «Dəzgahqayırma», «Baxtrioni», «Kruanisi», «Ekran» Dimitrov adına aviasiya, dəri istehsalat birlikləri, [[avtomobil]] təmiri, elektrik qaynağı, kənd təsərrüfatı maşınları, cihazqayırma, sabitləşdirmə zavodları, bir çox başqa sənaye müəssisələri, avtomobil parkları və xəstəxanalar) çirkab sularını birbaşa Kürə axıdır. Şəhər daxilində çayın qəbul etdiyi kiçik qolların (Xevdzmara, Vere, Diqmula, Loçino) çirklənmə dərəcəsi Kürün özündən də çoxdur. Bu çaylar əslində çirkab sularını axıdan kanalizasiya kollektorlarına çevrilmişdir. [[Tbilisi]] daxilində sutkada daha 1 mln. m³ çirkab suları qəbul edən Kür çayı 20 km məsafədən sonra [[Rustavi]] şəhərində yenidən ciddi çirklənməyə məruz qalır və sutka ərzində yüz min kub metrlərlə sənaye və təsərrüfat-məişət tullantılarından ibarət çirkab sularını qəbul edir. SSRİ dağılan ərəfədə Gürcüstan ərazisində çaya axıdılan çirkab sularının orta miqdarı sutkada 4,4 mln. m³ olduğu halda, mexaniki təmizlənməni bunun yalnız 4%-i, bioloji təmizlənməni isə 0,03%-i keçirdi. Nəticədə Kürə il ərzində orta hesabla 700 min t. orqanik maddələr, 30 min t. [[azot]]-[[fosfor]] [[duzlar]]ı, 12 min t. müxtəlif duzlar və qələvilər, 16 min t. süni səthi fəal maddələr və s. axıdılırdı. Azot birləşmələrinin çox hissəsi Rustavidə «Azot» istehsalat birliyindən buraxılırdı. Bu müəssisədə 1985-ci və 1987-ci illərdə baş verən qəza nəticəsində Kürə külli miqdarda azot birləşmələri axmış, çayda [[Şəmkir su anbarı]]na qədər olan məsafədə balıqların kütləvi qırılması baş vermişdir. Nəticədə, [[Kür]] [[Azərbaycan]] ərazisinə son dərəcə çirklənmiş, insan və su orqanizmləri üçün təhlükəli çay kimi daxil olur. Elə buradaca sağ qolu [[Xramçay|Xrami]] çayını qəbul edən Kür yenidən çirklənməyə məruz qalır. [[Gürcüstan əhalisi|Gürcüstan]] ərazisində Xrami çayına qovuşan Debed Ermənistanın ən çox çirklənmiş çaylarından biridir. [[Ermənistan]]ın əlvan metallurgiya, kimya və yüngül sənaye mərkəzləri olan [[Spitak]], Kirovakan, Alaverdi və [[Stepanavan]] şəhərləri bu çayın hövzəsində yerləşir. Bu şəhərlərin sənaye və məişət tullantıları təmizlənmədən çaya axıdılır. Kirovakan kimya, Alaverdi metallurgiya kombinatlarından və Axtala filizsaflaşdırma fabrikindən buraxılan çirkab suları Debedi çirklənmə dərəcəsinə görə [[Razdan]] və [[Oxçuçay]]dan sonra Ermənistanın üçüncü çayına çevirmişdir.
[[Mingəçevir su anbarı]]nda yay aylarında suyun səthini örtən və hələ çox nazik olan mavi-yaşıl rəngli örtük bütün Kür çayında ekoloji şəraitin kəskinləşməsini sübut edir. Həm də belə bir vəziyyət [[Şəmkir su anbarı]] istifadəyə verildikdən sonra yaranmışdır. Deməli, orta Kür kaskadında yeni su anbarlarının tikintisi ekoloji cəhətdən əsaslandırılmalıdır.
== Xaric keçid ==
* [[Kür|KÜR]]
== Həmçinin bax ==
* [[Kür]]
* [[Səth sularının ekocoğrafi problemləri]]
== İstinad ==
[[Kateqoriya:Azərbaycan coğrafiyası]]
[[Kateqoriya:Azərbaycan çayları]]
[[Kateqoriya:Çay]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=6075714.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|