Revision 6076174 of "Habil Hümbətov" on azwiki

{{İdmançı
 |piktoqram        = 
 |adı              = Habil Hümbətov
 |orijinal adı     =
 |doğum adı        = 
 |tam adı          = Hümbətov Habil Abbasqulu oğlu
 |ləqəbi           = 
 |şəkil= HabilHumbatov.jpg
 |boyu             = 178 sm
 |çəkisi           = 90 kq 
 |idman növü       = [[Boks]], Budo Free Kontakt.
 |idman dərəcəsi   = [[Fayl:Az idman ustasi.png|25x25px]]İdman ustası
 |ağırlıq dərəcəsi = 
 |məşqçisi         = Nəriman Abdullayev
 |komandası        = 
 |hərbi rütbəsi ={{Çavuş|Azərbaycan}}
 |ixtisası         = 
 |medalları        = {{Turnir|Budo Dünya Kuboku}}
{{Qızılmedal|2016 [[Bakı]]|90 kq.}}
{{Qızılmedal|2017 [[Bakı]]|90 kq.}}
{{Qızılmedal|2018 [[Bakı]]|90 kq.}}
{{Turnir|Budo Dünya Çempionatı}}
{{Gümüşmedal|2015 [[Antalya]]|90 kq.}}
{{Qızılmedal|2016 [[İstanbul]]|90 kq.}}
{{Turnir|Budo Avropa Çempionatı}}
{{Qızılmedal|2017 [[Kişinyov]]|90 kq.}}
 |vikianbar        = 
 |yeniləmə         =
}}

'''Habil Abbasqulu oğlu Hümbətov''' ({{DVTY}}) — Beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi və Dünya Budo Federasiyasının prezidenti qrand-master Eyup Zafer Gökbilen tərəfindən 2018-ci ilin ən yaxşı məşqçisi adına layiq görülüb, Əməkdar İdman ustasıdır.<ref>[https://azertag.az/xeber/Amekdar_mesqchi_Habil_Humbetov_Olkemizde_budo_idman_novune_maraq_boyukdur-1278065 Əməkdar məşqçi Habil Hümbətov: Ölkəmizdə budo idman növünə maraq böyükdür]</ref><ref>[https://futbolplanet.az/newsa/4905/habil-humbetov--_ulduz-xesteliyine-tutulan-idmancilar-tez-sonur_ HABİL HÜMBƏTOV: "ULDUZ XƏSTƏLİYİNƏ TUTULAN İDMANÇILAR TEZ SÖNÜR"]</ref> Azərbaycan Budo Federasiyasının baş məşqçisidir.<ref>[https://www.mys.gov.az/idman/idman-federasiyalari/66/azrbaycan-budo-federasiyasi Azərbaycan Budo Federasiyası]</ref><ref>[https://yaztv.az/index.php/component/content/article/40-idman/7988-az-rbaycan-n-buetuen-y-gmalar-n-n-bas-m-sqci-v-m-sqcil-ri-siyahi Habil Hümbətov "Azərbaycan idmanında yer tutan Baş məşqçilərin siyahısında"]</ref>

== Həyatı ==
Habil Hümbətov <ref>[http://888boxingclub.com/2021/01/26/habil-humb%c9%99tov/ Habil Hümbətov]{{Dead link|date=April 2021 |bot=InternetArchiveBot }}</ref> 20 oktyabr 1985-ci ildə [[İsmayıllı rayonu]]nun [[Qoşakənd]] kəndində anadan olub.<ref>{{Cite news |title=Qanun keşiyində dayanan idmançı |url=http://goyce.az/news.php?id=1717 |}}</ref>. [[Şabran rayonu]]nun Konustusiya kəndində 4-cü sinifə kimi ibtidai təhsil alıb. 1996-cı ildə atası rəhmətə getdikdən sonra 11 yaşında [[Bakı]]ya böyük qardaş və bacılarının yanına gəlir və 5-ci sinifə keçdikdə isə Bakı şəhəri Nərimanov Rayonu 177 nömrəli məktəbdə təhsilini davam etdirib. 1996-cı ildən idmanın [[karate]] növünə başlayıb, bir müddət sonra [[Mayk Tayson]]a olan marağı [[boks]]u ona sevdirib və [[boks]]a əməkdar məşqçi Nəriman Abdullayevin yanında başlayıb. Orta məktəbdə oxuduğu dövrdə boksla və hərbi şahin idman oyunlarında iştirak edib uğurlar əldə edib. Hərbi Şahin idman oyunlarında Nərimanov, Bakı və Azərbaycan birinciliklərində fəal iştirak edərək nəticələr əldə etmişdir. 2003-cü il orta məktəbi bitirdiyi vaxt isə anası vəfat edir. 17 yaşlı Habil Hümbətov bu çətin vaxtlarda qardaşlarının və bacılarının dəstəyi ilə idmana daha da çox bağlanır. Həmin il [[Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası]]na daxil olur. 4 il universitetdə oxuduğu dövrdə boksdan bir çox yarışlarda nəticələr əldə edib Klublararası, Süleyman Süleymanov un şərəfinə keçirilən yarışlarda, [[Abbas Ağalarov]] adına Beynəlxalq Turnir, [[Heydər Əliyev]] adına Beynəlxalq Turnir, Bakı birinciliyi və Azərbaycan birinciliyində nailiyyətlər əldə etmiş 2007-ci ildə Akademiyanı bitirdikdən sonra həmin ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi Xidməti Naxçıvan Muxtar Respublikasının N saylı Daxili Qoşunlarında olub. Xidmətdə olduğu müddət Nizam intizama görə hərbi hissə komandirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. Hərbçilər arasında keçirilən əlbəyaxa döyüş növündən çempion olub. 2008-ci ildə Hərbi Xidməti başa vurub.<ref>[https://www.hendekwebhaber.com/spor/habil-humbtov-kimdir-h2033.html "Habil Hümbətov kimdir? "]</ref>

== Qalereya ==
<center><gallery>

Fayl:Fəxri Fərman Habil Hümbətov.jpg|''Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi-Rafiq Abbasov 25 iyul 2019-cu il tarixində, Əməkdar Məşqçi-Habil Hümbətovu "26-iyul Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranması günü" ilə əlaqədar olaraq Plaketlə təltif edərkən çəkilmiş foto.''
Fayl:Habil Hümbətov Plaket.jpg|''Dünya Budo Federasiyasının prezidenti qrand-master Eyup Zafer Gökbilen tərəfindən 2018-ci ilin ən yaxşı məşqçisi adına layiq görülüb''
Fayl:Habil Hümbətov Təltif.jpg|''5 mart 2018-ci ildə, Dünya BUDO federasiyasının prezidenti Grandmaster Eyub Zafer Gökbilen tərəfindən Habil Hümbətov Beynəlxalq dərəcəli İdman Ustası sertifikatı ilə təltif olunmuşdur,Sertifikatı təqdim edən-Azərbaycan BUDO Döyüş növlərinin prezidenti, Grandmaster Faiq Rəfiyev olmuşdur''
Fayl:Habil Hümbətov Budo İdman ustası adı.jpg|''28.04.2017 -ci il tarixində Habil Hümbətova Budo döyüş İdman növü üzrə Azərbaycan Respublikasının "İDMAN USTASI" dərəcəsi verilmişdir''
</gallery></center>

== Karyerası ==
[[2009]]-cu ildə Zenit idman mərkəzində boks idman növündən məşqçi kimi fəaliyyətə başlayıb. [[2015]]-ci ildə [[Türkiyə]]nin [[Antalya]] şəhərində keçirilən World Original Persian Sports Federation-un keçirdiyi yarışda iştirak etmiş və 2-ci yerə layiq görülmüşdür. [[Bakı]]ya qayıtdıqdan sonra BUDO Döyüş Növləri Federasiyası ilə Əmədaşlığa başlamışdır.<ref>[https://www.hendekwebhaber.com/dunya/habil-humbatov-azerbaycan-da-budo-sporuna-buyuk-ilgi-var-h2034.html Habil Humbatov : "Azerbaycan'da Budo sporuna büyük ilgi var"]</ref>.Həm özü yarışlarda iştirak etmiş, həm də tələbələrini yarışlara çıxartmışdır. [[Azərbaycan]], [[Avropa]], [[Dünya]], Dünya kuboku çempionu olmuş və [[2016]]-cı il dünya kəmərinin sahibi olmuşdur (Free Kontakt qaydası üzrə).<ref>{{Cite web |title=Dünya kəmərinin sahibi: "Tələbələrimlə birgə özüm də döyüşə çıxırdım" |url=https://rednews.az/gundem/336-dunya-kmrinin-sahibi-tlblriml-birg-ozum-d-doyus-cixirdim.html |access-date=2021-01-28 |archive-date=2021-02-09 |archive-url=https://web.archive.org/web/20210209091405/https://rednews.az/gundem/336-dunya-kmrinin-sahibi-tlblriml-birg-ozum-d-doyus-cixirdim.html |url-status=dead }}</ref>.

# İdman Ustası
# Əməkdar İdman Ustası
# Beynəlxalq dərəcəli idman ustası
# Əməkdar Məşqçi
# Beynəlxalq dərəcəli Məşqçi
# 5-ci DAN qara Kəmər (Beynəlxalq dərəcəli)

"H.H Boks və Döyüş Növləri Kulubu"

14 avqust 2016-cı ildə Əməkdar Məşqçi Habil Hümbətovun təşəbbüsü ilə "H.H Boks və Döyüş Növləri Klubu" təsis edilmişdir. Elə həmin ildən bu günə qədər "H.H Boks və Döyüş Növləri Klubu"nun Boks, Kikboksinq, Free Kontakt növləri üzrə müxtəlif yerli və beynəlxalq turnirlərdə fəal iştirak etmişdir. Klubun yaradılmasında məqsəd Boks, Kikboksinq və Free Kontakt kimi idman növlərinin ölkəmizdə təbliği ilə yanaşı inkişafı, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmaçıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi və beynəlxalq arenada [[Azərbaycan]]ı layiqincə təmsil edərək bayrağımızı zirvələrə qaldırmaqdır.<ref>[https://www.elbistanolay.com/haber/6528407/antrenor-habil-humbatovdan-rovans-aciklamasi Spor benim için hem fiziksel salık, hem de psikolojik sağlık demek.]</ref> Klubun yetişdirdiyi idmançılar vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclərdir.<ref>[https://www.hendekwebhaber.com/dunya/habil-humbatov-azerbaycan-da-budo-sporuna-buyuk-ilgi-var-h2034.html Habil Humbatov : Azerbaycan'da Budo sporuna büyük ilgi var]</ref>

Yetişdirdiyi tələbələrdən [[Azərbaycan]], Beynəlxalq Turnir, [[Avropa]], [[Asiya]], [[Dünya]], Dünya Kuboku və Dünya Kəmərinin sahibi olanlar:

1.	Kamal Şəmşiyev

2.	Mələk Hümbətova

3.	İsmayıl Devrişov

4.	Vüsal Həsənov

5.	Aysu Devrişova

6.	Məhəmməd Məmmədov

7.	Ayxan Namazov

8.	Abbasqulu Hümbətov

9.	[[İbrahim Məmmədov (idmançı)|İbrahim Məmmədov]] və s.

2017-ci ildən Azərbaycan BUDO Döyüş Növləri Federasiyasının Frre kontakt qaydası üzrə baş məşqçisi vəzifəsini icra edir.<ref>[https://www.cempion.az/az/newscontent/znewscontent/54108/budo-gencler-bu-idman-novunu-niye-secmelidirler-bas-mesqci-ile-musahibe-fotolarvideo "BUDO – gənclər bu idman növünü niyə seçməlidirlər? – Baş məşqçi ilə müsahibə "]</ref>

2018-ci ildə dünya budo döyüş növləri federasiyasının prezidenti Eyyupo Zafer Gökbilen tərəfindən ilin ən yaxşı Məşqçisi seçilib. 2019-cu ildə Bakı şəhəri Gənclər və İdman İdarəsinin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. 2019 cu ildə Bakıda keçirilən [https://www.youtube.com/watch?v=ZC3MG3_pH8Q Budo Dünya kubokunda] Dünya Budo Döyüş Növləri Federasiyasının Prezidenti Eyyub Zafer Gökbilen Tərəfindən Fəxri Fərman və Kubokla təltif olunub. 30.12.2019-cu ilin İl yekunlarında Azərbaycan Budo Döyüş Növləri federasiyasının Prezidenti Grandmaster [[Faiq Rəfiyev (idmançı)|Faiq Rafiyev]]in İlin fəal Məşqçisi fəxri diplomu ilə təltif olunub. [[2014]]-cü ildə [[Daxili İşlər Nazirliyi (Azərbaycan)|Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi]]nin Mühafizə polisinin Baş Mühafizə idarəsinin Həyat əhəmiyyətli obyektlərin mühafizəsi üzrə polis alayında polis serjantı kimi xidmətə başlayıb. [[2018]]-ci ildə DİN-in Polis akademiyasının Qiyabi Fakultəsində təhsil almağa başlayıb.

* Ailəlidir, iki övladı var. bir qız və bir oğlan.

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Xarici keçidlər ==
* [[Fayl:Instagram logo 2016.svg|15x15px]] [https://www.instagram.com/habilhumbatov/ Habil Hümbətovun rəsmi İnstagram hesabı]
* [[Fayl:Facebook f logo (2019).svg|15x15px]] [https://www.facebook.com/habil.humbetov/ Habil Hümbətovun rəsmi Facebook hesabı]
* [[Fayl:YouTube social red circle (2017).svg|15x15px]] [https://youtube.com/channel/UCYYRsa9lcbalWq8BrbBc4uQ Habil Hümbətovun rəsmi Youtube kanalı]