Revision 6076308 of "Mühitin antropogen amilləri" on azwiki

'''Mühitim antropogen amilləri''' – bilavasitə və vasitəli ola bilər<ref>Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008</ref>. Antropogen amillər (yun. anthropos — adam, genesisum — mənşə, {{lang-lat|factor}} iş)

== Ümumi məlumat ==
Təbiətdə insanın bilavasitə təsirinə misal olaraq geniş ərazilərdə meşələrin yox edilməsi, ovluq heyvanların hədsiz məhv edilməsini göstərmək olar. Bu isə bir sıra növlərin kəskin azalmasına, bir çox hallarda isə tamamilə sıradan çıxmasına səbəb olur. Vasitəli antropogen amillər [[landşaft]], [[iqlim]], [[atmosfer]]in fiziki vəziyyəti və kimyəvi tərkibi, [[hidrosfer]], [[torpaq]] və s.-nin dəyişməsi yolu ilə baş verir. Mühitin [[sənaye]] və məişət tullantıları ilə çirkləndirilməsinə, ekoloji tarazlığın pozulmasına, minillərlə təkamül olunaraq yaranmış biosenozların (orqanizm qruplaşmalarının) deqredasiyasına səbəb olur. İnsanların torpaqların məhsuldarlığını artıraraq təbii komplekslərin yerində mədəni [[bitkilər]] və ev [[heyvanlar]]ı üçün praktiki cəhətdən yeni mühit, [[orqanizm]]lərin yeni qruplaşmalarını – aqrobiosenozları yaratdı. Torpaqların intensiv şumlanması və hədsiz mal-qara otarılması, suqoruyucu meşələrin qırılması bir sıra rayonlarda təbii qruplaşmaları ağır vəziyyətə saldı, [[su]] və [[külək]] eroziyasını gücləndirdi, [[Çay (coğrafiya)|çayların]] suyunu azaltdı. Hazırda Yer üzərində insan fəaliyyətinin təsir göstərmədiyi sahəyə çətin rast gəlmək olar. İnsanın təbiətə göstərdiyi böyük təsir və onun mənfi nəticələri bəşəriyyətin qarşısında biosferin sərvətlərinin qorunub saxlanması və ondan səmərəli istifadə olunması üzrə elmi cəhətdən əsaslanmış tədbirlərin həyata keçirməsi vacibliyini irəli sürdü.

== Xarici keçid ==
* [http://www.fhn.gov.az/newspaper/?type=view_news&news_id=1094 TƏBİƏTƏ ANTROPOGEN TƏSİRLƏR VƏ ONLARIN YARATDIĞI EKOLOJİ PROBLEMLƏR]

== Həmçinin bax ==
* [[Antropogenez]]

== İstinad ==

[[Kateqoriya:Coğrafiya]]
[[Kateqoriya:Ekologiya]]
[[Kateqoriya:Antropologiya]]