Revision 6076454 of "Kredit xətti" on azwiki

[[Kredit]]in rəsmiləşdirilməsi zamanı "'''kredit xətti'''" ifadəsi qarşınıza çıxa bilər. Əksər insanlar '''kredit xəttini''' adi '''kreditdən''' fərqləndirə bilmirlər.

'''Kredit''' '''xəttinin''' '''klassik''' '''kreditdən''' əsas '''fərqi''' ondan ibarətdir ki, '''kredit''' dərhal tam şəkildə verildiyi halda, '''kredit''' '''xətti''' üzrə vəsaitlər tədrici şəkildə verilir.

'''Kredit''' '''xəttinin''' '''açılması''' ilə '''adi''' '''kredit''' '''müqaviləsinin''' '''imzalanması''' arasında demək olar ki, '''cüzi''' '''fərq''' vardır. Lakin bəzi nüansları diqqətdən qaçırmamaqda fayda var! Müqavilənin imzalanması zamanı nəzərə almaq lazımdır ki, [[kredit]] xətti üzrə '''2 növ''' '''limit''' '''mövcuddur''': kreditin verilməsi üzrə limit və borc limiti. '''Kreditin''' '''verilməsi''' '''üzrə''' '''limit''' - borcalanın kredit xəttindən istifadə müddətində ala biləcəyi '''kredit''' vəsaitlərinin ümumi məbləğini əhatə edir. '''Borc''' '''limiti''' isə borcalanın bank qarşısında borcunun maksimal məbləğidir. Həmin borcu ödəməklə borcalan yenidən kredit vəsaitlərindən istiadə edə bilər. Faktiki olaraq, bu əlamətlərə görə kredit xətti [[Bərpaolunan kredit|bərpa olunan]] və bərpa olunmayan xətlərə bölünür.

'''Kreditin''' digər növləri ilə müqayisədə, '''kredit''' '''xətti''' yalnız bir müqavilə imzalamaqla, '''bir''' '''neçə''' '''borcu''' eyni anda götürmək imkanı verir. Əslində bu üsul '''səhiyyə''' '''xərclərini''' və ya '''semestr''' '''üzrə''' '''təhsil''' '''xərclərini''' ödəmək məcburiyyətində olan borclanlar üçün olduqca faydalıdır. Həm adi kredit, həm də kredit xətti üçün borcalanın qarşısına qoyulan tələblər eynidir.

[[Bank]] müştəridən ödəmə qabiliyyətini təsdiq etməyi tələb edəcək. [[Müqavilə]] uzun müddət qüvvədə olacağına görə, '''[[Kredit təşkilatı|kredit]]''' [[Kredit təşkilatı|'''təşkilatları''']], əksər hallarda, [[sığorta]]nın '''rəsmiləşdirilməsini''' tələb edirlər.<ref>http://banco.az/az/news/kredit-xetti-nedir-ve-o-adi-kreditden-ne-ile-ferqlenir</ref>

== '''İstinadlar:''' ==
{{İstinad siyahısı}}

[[Kateqoriya:Bank işi]]
[[Kateqoriya:Kredit]]