Difference between revisions 18056 and 18063 on azwikisource{{Sil|Müəllif hüququ pozuntusu}}⏎ Ey çərxi-fələk, bir belə dövranına bir qoz, Şeytan oturan çərxi dəyirmanına bir qoz. Bir qoz ala bilmirsə əgər bir qıza oglan, Evlənməyə hazırlaşan oglanına bir qoz. Gah eylədi naz-qoz bizə, gah oynadı qoz-qoz, Qozlandı fəqir üstünə, vicdanına bir qoz. vardı birisi, qaçdı, qozundan tozu qaldı, Vartansifət imiş o da, vartanına bir qoz. İmkanın əyər varsa kasıba, qaçqına əl tut, Tutmursan əyər bir belə imkanına bir qoz. Yollarda kəsib qurbanı əl altdan əritdi, Bir böylə qoyun bəndənin ehsanına bir qoz. Ey erməni,bir damcı əyər qeyrətə gəlsək, Mütləq qoyarıq şəhri-İrəvanına bir qoz. Pünhan, qəzəli qoz-qoza döndərmə ki, bir gün, Ellər deməsin böylə qəzəlxanına bir qoz. All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?diff=prev&oldid=18063.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|