Difference between revisions 18115 and 18116 on azwikisource'''V FƏSIL''' '''XIZI-BƏRMƏK MAHALI SOVET HAKIMIYYƏTI DÖVRÜNDƏ''' Bu dövrün araşdırılmasında bəzi çətinliklər meydana çıxır: birinci növbədə Sovet hakimiyyəti dövründə dövlətin fəaliyyətində müsbət və mənfi amilləri nəzərə almaq lazımdır. Məqsədimiz Sovet hakimiyyəti dövründə Xızı-Bərmək mahalında baş vermiş mühüm hadisələri ümumiləşdirərək oxucuya çatdırmaqdır. (contracted; show full) Sənətkarlar sırasında klarnet ifaçılığında xüsusi dəsti-xətti olan mahir klarnet ifaçısı Ata Atakişiyevi də qeyd etmək lazımdır. O, 70-80-ci illərdə toyların, el şənliklərinin və televiziya proqramlarının nüfuzlu ifaçısıçı kimi tanınırdı. Hazırda sənətkarın Azərbaycan Dövlət Radiosunun “Qızıl fondu”nda bir neçə sənət nümunəsi qorunub saxlanmaqdadır. Qısa ömür yaşamasına baxmayaraq Ata Atakişiyev onu tanıyanların yaddaşında nəinki yüksək peşəkarlığa malik böyük bir sənətkar, həmçinin, mərdlik və cəsarət nümunəsi kimi yaşayır… Tamaşaçıların sevimli qarmon ifaçısı xalq artisti Aftandil İsrafilov ölkəmizdən xariclərdə verdiyi konsertlərlə Azərbaycan musiqisini şöhrətləndirir. Mahir ustadın bəstələdiyi və ifa etdiyi oyun havaları dinləyicilərdə şən əhval-ruhiyyə yaradır. (contracted; show full) Qurban bayramı hökumət tərəfindən qəti qadağan edilmişdi. Dinə qarşı mübarizə pərdəsi altında adət-ənənənələrimizin çoxuna qadağan qoyulmuşdu. Toylarımız 5-6 saat ərzində tamamlanırdı. Toy adətləri-nin əksəriyyəti aradan götürülmüşdü. Nikah hökumət idarələrin-də kəsilirdi. Toy sahibləri gizli adam göndərib, mollada nikah kəstirirdilər. [[Kateqoriya:Azərbaycanın Xızı-Bərmək Mahalının tarixi]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?diff=prev&oldid=18116.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|