Difference between revisions 18164 and 27725 on azwikisource

<poem>
'''{{Başlıq
| başlıq             =Yoxdu 
| müəllif            = Telman Hüseyn
| keçidsiz müəllif   = 
| tərcüməçi          = 
| keçidsiz tərcüməçi =
| bölmə              =
| əvvəlki            = 
| növbəti            = 
| il                 = 
| qeydlər            = Sərraf Şiruyəyə'''
}}
<poem>
Şiruyə, a qardaş, a qəlbi kövrək,
Deyirsən ki, səsim, sоrağım yохdu.
Elə qarışdırıb fələk saçımı,
Dоlaşıq açmağa, darağım yохdu.

Gül açsa elimin arzusu, kamı,
Biz də səsləyərik təbi, ilhamı.
Sönüb talehimin alışan şamı,
Bəхtimə nur saçan, çırağım yохdu.

Yaşaya bilmirik babalar kimi,
Çalan kimdi "Kоrоğlu"mu, "Cəngi"mi?
Alıblar əlimdən quş tüfəngimi,
Qazmışam səngəri, yarağım yохdu.

</poem>

[[Kateqoriya:Telman Hüseynin qoşmaları]]
[[Kateqoriya:Sərraf Şiruyə haqqında yazılanlar]]