Difference between revisions 18173 and 18174 on azwikisource<poem>Bilmirəm axtarıb kimi haraylar, Bu necə görkəmdi, necə baxışdı. Tikdiyin göydələn, zərli saraylar, Səndən bu dünyaya qalan naxışdı. Demə təkcə oldum, tənha yarandım, Sən elin-obanın dostu-sirdaşı. Oduna alışdım, közünə yandım, Ay mənim atamın doğma qardaşı. Yox-yox ömür yolun keçmədi hədər, Taleyin nə qədər olsada acı. Bir deyil, beş deyil dur gör nə qədər, Sənə qardaş deyib ağlayan bacı. Seyr edib dünyanı, baxmadın gendən, Çarpışdın həyatla,qartal vuruşdu. Dostluqdan söz saldım, dostların məndən Hamısı Yaqub deyib səni soruşdu. Səfərin tələsik, yol uzun yoldu, Çəkdin karvanını haqqın evinə. Sənin ömür yolun bir mövzu oldu, Şerimin, sözümün bu beş bəndinə.</poem> [[Kateqoriya:Qılman İmanlı]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?diff=prev&oldid=18174.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|