Difference between revisions 18929 and 18930 on azwikisource

AZADLIQ MARŞI

Azərbaycan Milli Azadlıq Hərəkatının marşı


Həmçinin [[Vətəndaş Həmrəyliyi Partiyası]]nın himni.
*Musiqi: Heyrati
*Söz: Elçin Mirzəbəyli

<poem>
Ey ulu Vətənim, doğma torpağım,
Var tükənməz odun, sönməz ocağın,
Azadlığa çıxmaq üçün qalxsın bayrağın.

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi.

Biz ki, Vətən oğlu, millət oğlu, Odlar oğluyuq,
Biz ki, xalqa bağlı, yurda bağlı, elə bağlıyıq,
Biz ki, haqq yolunda andımızdan dönmərik heç vaxt,
Vuruş zülmə qarşı, ey ulu torpaq!

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi.

Yad qılınc ilə qırıldıq yetər,
Zülmə qarşı qalxaq, qul olduq yetər!
Biz ayağa qalxsaq əgər, ayrılıq bitər!

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi!
</poem>

[[Kateqoriya:Mahnı sözləri]]