Difference between revisions 19177 and 29166 on azwikisource

<poem>

''Nohəxan Qəşəm - [[Sərraf Şiruyə]]''
{{Başlıq
| başlıq             = O razı qaldı
| müəllif            = 
| keçidsiz müəllif   = [[Müəllif:Nohəxan Qəşəm|Nohəxan Qəşəm]] - [[Müəllif:Sərraf Şiruyə|Sərraf Şiruyə]]
| tərcüməçi          = 
| keçidsiz tərcüməçi = 
| bölmə              = 
| əvvəlki            = 
| növbəti            = 
| il                 = 13 mart 1976
| qeydlər            = Bağlama-deyişmə
}}
<poem>
''Nohəxan Qəşəm''
Cavab ver sözümə, Sərraf Şiruyə,
Xatəm Yahudidən nə sual aldı?
O, nə cəhli idi düşdü araya?
Nə cavab aldı ki, o razı qaldı?

''Sərraf Şiruyə''
Eşit cavabını, Nohəxan Qəşəm,
Yəhudidən Xatəm bu sual aldı.
Yerlə göy gərdişin nəyə bağlıdır,
Xatəm Lohə dedi:- o, razı qaldı.

''Nohəxan Qəşəm''
Xatəm orda hardan aldı kalamı?
Kimiydi, əyləşdi verdi salamı?
Qələm yazdı, kağız düşdü yolamı?
Nə oldu mətləbi yerini aldı?

''Sərraf Şiruyə''
Cəbrail göylərdən endi bu halda,
Bir namə gətirdi xoş bir kalamda,
Əyləşdi məclisdə, verdi salam da,
Xatəm hər kalamı bax ondan aldı.

''Nohəxan Qəşəm''
Könlüm sizdən eylər bu sualını,
İstəyir yoxlaya pür kamalını.
Pozmasın sözlərim hal-əhvalını,
Qəşəmin məqsədi bir xoş xəyaldı.

''Sərraf Şiruyə''
Sərraf Şiruyəyəm, məni sınama,
Əgər səhvim varsa öyrət, qınama.
Sən ustad, mən şagird, məni yanama,
Bilmirəm saldığın nə qalmaqaldı.
''13 mart 1976-cı il,''
''Yeni Daşkənd kəndi.''
</poem>
[[Kateqoriya:Nohəxan Qəşəmin qoşmaları]]
[[Kateqoriya:Sərraf Şiruyənin qoşmaları]]
[[Kateqoriya:1976-cı ilin qoşmaları]]
[[Kateqoriya:Dini şeirlər]]