Difference between revisions 19178 and 29165 on azwikisource

{{Başlıq
| başlıq             = Yaqub
| müəllif            = Sərraf Şiruyə
| keçidsiz müəllif   = 
| tərcüməçi          = 
| keçidsiz tərcüməçi = 
| bölmə              = 
| əvvəlki            = 
| növbəti            = 
| il                 = 2006
| qeydlər            = Yaqub Hacıyevə
}}
<poem>Demirəm qardaş oldum, sənə qardaşlıq etdim,
Ancaq qardaşdan artıq, sənə bağlıyam, Yaqub!
Qəfəslərə salınmış yaralı bülbül kimi,
Sən gedəndən ürəyi, qəlbi dağlıyam, Yaqub!

Qəm qoşunu nə vaxtdır şırım açıb üzümdə,
Mən biçarə, yazıq da qalmayıbdı dözüm də.
Sən Nəbiyə, İmana bərabərdin gözümdə,
Çətinki, səndən sonra coşam, çağlayam, Yaqub!
 
İndi sən behiştdəsən, mənim yolum haradı?
Bunu bir Allah bilir, atəşdi, sırsıradı,
Ötən ayım, hər günüm indi sənsiz qaradı,
Gözlərimə güc verəm, gərək ağlıyam, Yaqub!

Şiruyəyəm, keçmişi birər-birər anardım,
Özümün, özgəsinin günahını qanardım.
Hər xoş sədan gələndə vallah elə sanardım,
El-obada, mahalda pir budaqlıyam, Yaqub!
''2006-cı il''</poem>

[[Kateqoriya:Sərraf Şiruyənin şeirləri]]
[[Kateqoriya:2006-cı ilin şeirləri]]
[[Kateqoriya:Yaqub Hacıyev haqqında yazılanlar]]