Difference between revisions 20097 and 29310 on azwikisource

{{header
 | titleBaşlıq
| başlıq             = Mən Təbrizdən gəlmişəm
 | author| müəllif            = Bulud Qaraçorlu
  | translatorkeçidsiz müəllif   = 
  | sectiontərcüməçi          = 
  | previous   = 
 | next       = 
 | yearkeçidsiz tərcüməçi = 
| bölmə              = 
| əvvəlki             = 
  | notes      =
 | categories =
 | portalövbəti            = 
| il                 = 
| qeydlər            =  
}}

{{Ərəblə|من تبریزدن گلمیشم}}

<poem>Bilmirəm ağlayım, bilmirəm gülüm,
bilmirəm açılıb, ya solub gülüm!
Danışmağa tutmur ağzımda dilim,
axı dostlar, mən Təbrizdən gəlmişəm!

Məndən soruşmayın toydan, bayramdan,
nəğmədən, mahnıdan, badədən, camdan,
oğul- uşağımdan, bala - bulamdan,
aman dostlar, mən Təbrizdən gəlmişəm!

Söz açmayın mənə yazdan, bahardan,
ya isti ürəkli, istəkli yardan
sormayın o əziz ana dyiardan,
aman, dostlar, mən Təbrizdən gəlmişəm!

Sormayın, sormayın yaşıl dağlardan,
şaxta qarşılayan barlı bağlardan,
yada, bağrımdakı çarpaz dağlardan,
aman dostlar, mən Təbrizdən gəlmişəm!

Ariflər dərdimi anlayar qanar,
alışanlar alovlanar, odlanar,
bə’zilər sözümü əfsanə sanar,
aman dostlar, mən Təbrizdən gəlmişəm!

Yaradan dil verib insan danışa,
əl-qol verib həyat üçün vuruşa,
urək verib sevə, küsə, barışa,
aman dostlar, mən Təbrizdən gəlmişəm!

Günahım: sərvətim, düşüncəm, dilim,
əl qolum zəncirdə, yurd, dilim dilim,
ürəyim şan- şandır, bağlıdır dilim,
aman, dostlar, mən Təbrizdən gəlmişəm!

Şairin silahı kəlmədir, sözdür,
yaxan şapalaqdır, yaxılan üzdür,
göyərən yanaqdır, qızaran gözdür,
aman, dostlar, mən Təbrizdən gəlmişəm!

Qələm süngü ilə qarşı dura?...Hey...
Kağaz qalxan ola, can qoruya?...Hey...
Nahaq qan quruya, qurumaya?...Hey...
Aman dostlar, mən Təbrizdən gəlmişəm!

Söz dostlarına mən dayananmıram,
boş boğaz sözünə inananmıram,
can qoymaqla, sözü, bir sananmıram,
çünkü dostlar, mən Təbrizdən gəlmişəm!

Badə məcəlisində, isti otaqda,
öyünmək də olar, bəlkə coşmaqda,
iş mərrə başına yetişən vaxtda,
aman dostlar, mən Təbrizdən gəlmişəm!

Lalənin tutuldu bağrı qaraldı?
bülbülün nə oldu rəngi saraldı?
Qan qardaşlarım bəs hayanda qaldı?
Aman dostlar, mən Təbrizdən gəlmişəm!

Taleim bəllidir dosta, düşmana,
demirəm o başı dumanlı ana,
laləyə burunub ya batıb qana,
ancaq dostlar mən Təbrizdən gəlmişəm!

Savalan ürəkli təbriz anası,
əlləri üstündə qalıb balası,
toyu çalınarkən başlayıb yası,
aman dostlar, mən Təbrizdən gəlmişəm!

dırnaqlanıb gəlinlərin yanağı,
gərdəklər olubdur " qasım " otağı,
qırmızı geyinib Eynalı dağı,
aman dostlar, mən Təbrizdən gəlmişəm!

duman çolqayıbdır dağları, düzü,
şəhərin ağzında qalıbdır sözü,
ancaq, səhər axşam qızarır gözü,
aman dostlar, mən Təbrizdən gəlmişəm!

Dönüm döngələrdə qurdlar ulaşır,
Sümsük-sümsük gəzir, gah quduzlaşır,
bə’zən də dişləri qana bulaşır,
aman dostlar, mən Təbrizdən gəlmişəm!

dərin dəniz kimi sakitdir şəhər,
səssiz yirqalanır qalın ləpələr,
bu sükütda nələr gizlənib, nələr?...
Aman dostlar, mən Təbrizdən gəlmişəm!

Səhəndin içində köpsünür vulqan,
başında gah duman, gah da ki, tufan,	
boylanır şəhərə baxır nigaran,
aman dostlar, mən Təbrizdən gəlmişəm!

Vətən dəmirdədir, vətən dardadır,
gözləri yol çəkir, intizardadır,
“şəhryiar” qardaş görəsən hardadır,
aman dostlar, mən Təbrizdən gəlmişəm!
</poem>

[[Kateqoriya:Bulud Qaraçorlunun qoşmaları]]