Difference between revisions 20125 and 20127 on azwikisource

'''Elm və bilik almaqdan doyma'''

Elm sənin əməli və nəzəri fəaliyyətinin spesifik sahəsidir. Bilikli insan qiymətli sayılır. İstedad və qabiliyyəti olanlar elmdə inkişaf edib  ali mərtəbəyə çatırlar. İnsanlar bir-birindən biliklə üstündürlər. Sən bilik öyrənməklə elmin zirvəsinə yüksəlirsən. Biliyin artdıqca ağlında parlayar və hikmətli olarsan. Məqsədinə müvafiq seçdiyin elmi ətraflı öyrənməklə çətinliklərə dözüb ona dərindən yiyələn. Öyrəndiyinin mənasını anla, onu dərk et, yadda saxla və kamil bilici ol. Elm sənin nurundur və yoluna işıq saçır.
 
Öyrəndiyin elmi digərlərinə öyrətmək böyük xeyirxahlıqdır. Bundan faydalananlar sənə təşəkkür edərlər.

Elimsiz və biliksiz insanın könlü bəhərsiz ağaca bənzər.İnsan elm və biliklə nemət yaradaraq  ömrünü dəyərləndirir.
Elmlə mövcud olanların necəliyini, onun mahiyyətini ağıl və sağlam düşüncə vasitəsi ilə dərk edirsən.

Məhəmməd Peyğəmbər (s.ə) söyləyib “Elmi beşikdən qəbrə qədər öyrənin”. Elmə uşaq yaşlarından sahib olmağa başla. Onu öyrənmək üçün lazım olsa xarici ölkələrə də get.

(contracted; show full)

'''Hekayət'''

Bir gənc geniş bilik almaq həvəsinə düşür. Elmin müxtəlif sahələrinə dair kitablar alır. O, aldığı kitabların adını oxuyub yadda saxlamaqla, elmi söhbətlərdə həmin əsərlərin adını çəkir. Bununla elmi məlumatlı olduğunu göstərir.Bir məclisdə əsərin adını çəkərkən,ona deyirlər ki,o haqda danışsın. Həmin gənc biliksizliyindən utanıb,məclisi tərk edir. Gənc bilik almaq məqsədi ilə aldığı  kitabları oxuyub, elmə yiyələnir.

[[Kateqoriya:Hikmətli öyüd|12]]