Difference between revisions 31845 and 31870 on azwikisource{{Başlıq | başlıq = Hikmətli öyüd. | müəllif = Tərlan Ağayev | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = Elm və bilik almaqdan doyma | əvvəlki = | növbəti = | il = 2005 | qeydlər = | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }}⏎ ⏎ '''Elm və bilik almaqdan doyma''' Elm sənin əməli və nəzəri fəaliyyətinin spesifik sahəsidir. Bilikli insan qiymətli sayılır. İstedad və qabiliyyəti olanlar elmdə inkişaf edib ali mərtəbəyə çatırlar. İnsanlar bir-birindən biliklə üstündürlər. Sən bilik öyrənməklə elmin zirvəsinə yüksəlirsən. Biliyin artdıqca ağlında parlayar və hikmətli olarsan. Məqsədinə müvafiq seçdiyin elmi ətraflı öyrənməklə çətinliklərə dözüb ona dərindən yiyələn. Öyrəndiyinin mənasını anla, onu dərk et,(contracted; show full) '''Hekayət''' Bir gənc geniş bilik almaq həvəsinə düşür. Elmin müxtəlif sahələrinə dair kitablar alır. O, aldığı kitabların adını oxuyub yadda saxlamaqla, elmi söhbətlərdə həmin əsərlərin adını çəkir. Bununla elmi məlumatlı olduğunu göstərir. Bir məclisdə əsərin adını çəkərkən, ona deyirlər ki, o haqda danışsın. Həmin gənc biliksizliyindən utanıb, məclisi tərk edir. Gənc bilik almaq məqsədi ilə aldığı kitabları oxuyub, elmə yiyələnir. [[Kateqoriya:Hikmətli öyüd|12]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?diff=prev&oldid=31870.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|