Difference between revisions 35958 and 38473 on azwikisource

{{Aydınlaşdırma|Tülkü və aslan (dəqiqləşdirmə)}}
{{Başlıq
| başlıq             = Tülkü və aslan
| müəllif            = Abdulla Şaiq
| keçidsiz müəllif   = 
| tərcüməçi          = 
| keçidsiz tərcüməçi = 
| bölmə              = 
| əvvəlki            = 
| növbəti            = 
| il                 = 1912
| qeydlər            = 
}}
<poem>
Meşədə tülkü axtarırdı şikar,
Qızmış aslana birdən oldu düçar.
Salladı zorba, tülkü quyruğunu,
Yalmanıb hiylə ilə onu:
– Tanıyıram, – dedi, – ata-ananı,
Əslini, nəslini, ulu babanı.
Atana mən çox etmişəm xidmət,
Bəsləyirdim ona böyük hörmət.
Bu sayaq o, dilə tutub şiri,
Ürəyində tökürdü tədbiri.
Gəldilər bir uca dağın başına,
İstəyirdi zəhər qata aşına.
Tülkü həsrətlə çəkdi bir neçə ah,
Dedi: – Mərhum atan sənin, ey şah,
Ayağını vurardı torpağa,
Atılardı bu dağdan o dağa.
Hanı bu şirlərdə o cürət,
O hünər, o qoçaqlıq, o qeyrət!
Eşidib şir bunu qəzəbləndi,
Tülküyə əyri baxdı, hirsləndi.
Ayağını vurub dağa o zaman.
Tez atıldı qurur ilə aslan.
Dərəyə baş-ayaq yuvarlandı,
Tülkünün hiyləsinə aldandı.
Qırılıb qol-qabırğası, ölü tək
Düşdü bir yanda; dərdli inləyərək,
Çağırırdı o tülkünü köməyə.
Endi tülkü yavaş-yavaş dərəyə.
Dedi şirə ki: – Səndə yox cürət,
Nə hünər, nə qoçaqlıq, nə qeyrət.
Heç yaraşmır bu aslan adı sənə.
Vurdu şirə acı-acı tənə:
– Nə deyirsən de, gəlmişəm köməyə.
Quyruğun saldı ağzına yeməyə.
Dedi aslan ona: – Sən, ey əyyar!
Gəl başımdan ye, gör nə ləzzəti var!
Dedi tülkü: – Tələsmə, ey nadan,
Quyruğundan yeyə-yeyə əlan,
Başına da yavaş-yavaş çataram,
Qan içən kəllənə zəhər qataram.
</poem>
[[Kateqoriya:Abdulla Şaiqin şeirləri]]  
[[Kateqoriya:1912-ci ilin şeirləri]]