Revision 17899 of "Mənim (Aşıq Abbasəli)" on azwikisource

<poem>Elə baxdı zalım qızı,
Getdi sərdən huşum mənim.
Viran etdi qəlb evimi,
Qalmadı bir daşım mənim.

Şamaması qucaq-qucaq,
Yanaq lalə, buxağı ağ.
Gözəllərin yolunda bax,
Ağarıbdı başım mənim.

Abbasəli tutdu dilə,
Bürünmüşdü bəyaz tülə.
Canıyanmış bu gözələ,
Yaman qonub quşum mənim.</poem>

[[Kateqoriya:Aşıq Abbasəli]]