<poem>
Göylər sənə laylay çalır,
Ay vüqarlı, uca dağlar.
Gədikləri sərt sıldırım,
Qayaları haça dağlar.
Sənə heyran gör neçə göz,
Dillərdəsən gəzib söz-söz.
Alovlanır ocaqda köz,
Tüstülənir baca, dağlar!
Abbasəli qatar-qatar,
Tərif deyib, şeir qoşar.
Hər gələndə nazlı bahar,
Cavanlaşır qoca dağlar.
</poem>
[[Kateqoriya:Aşıq Abbasəli]]
This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|