Revision 17902 of "Ay hayıf" on azwikisource<poem> Qocalmışam, bükülübdü qamətim, Olubdu ürəyim yara, ay hayıf! Dünən həsrətimdən ölən gözəllər, Bu gün gedir, bax əğyara, ay hayıf! Uçub mürğu-ruhum könül dağından, Özünə yurd seçdi qəm budağından. Bülbül ayrı düşdü bağça-bağından, Qönçə qismət oldu xara, ay hayıf! Daha dərd görməkdən gözlərim doyub, Qəm tüğyan eyləyib sinəmi oyub. Tülkünü bir elə gözətçi qoyub, Aslanı çəkdilər dara, ay hayıf! Düşünmür sonunu, ərzi halının, Qalmayır qeydinə qeyli-qalının. Uyub işrətinə dünya malının, Çoxusu aldanır vara, ay hayıf! Abbasəli, neynəyirsən bu baxtı, Getdi geri dönməz cavanlıq vaxtı. Xoş gün axtarıdım, qara gün çıxdı, Gəlmədi bu bəxtim kara, ay hayıf! </poem> [[Kateqoriya:Aşıq Abbasəli]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=17902.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|