Revision 17905 of "Deyişmə (Aşıq Abbasəli Xəlilov - Aşıq Əli Şairov)" on azwikisource<poem> ''Aşıq Abbasəli Xəlilov - Aşıq Əli Şairov'' ''Aşıq Abbasəli'' Gəl sənə söyləyim, ay cavan aşıq, O, hansı şəhərdir birdi dükanı? Bir bənna əyləşib o, şəhər üstə, Yoxdu o, bənnanın cəsəddə qanı? ''Əli Şairov'' Salamını aldım, ay cavan aşıq, Cəsəd bir şəhərdir, ürək dükanı. Könül bir bənnadı o, şəhər üstə, Unutmaz heç zaman ilqar, imanı. ''Aşıq Abbasəli'' Fəsillər dolanıb, hey keçir zaman, Hər kəs ki, eyləsə özünə guman. Yetmiş iki qul, əyləşib pünhan, O, nədir dolanır bütün cahanı? ''Əli Şairov'' Alim gərək bu sözümü düz yaza, Dalğa neylər dəryadakı qəvvasa. Bədəndə əyləşib, yetmiş iki əza, Xəyaldı dolanır, müdam cahanı. ''Aşıq Abbasəli'' Qülfallahı dildə eylərəm əzbər, Dadıma yetişsin, ağam Əlamdar. Abbasəli vəsf eylər, arif olanlar, O, kim idi cəm eldəi Quranı? ''Əli Şairov'' Əlif Allah yaradıbdı dünyanı, Ərşdən göndəribdi, otuz cüz ayəni. Xaliq buyurdu Cəbrayıla nidanı, Əli,-Osman cəm eylədi Quranı.</poem> [[Kateqoriya:Aşıq Abbasəli]] [[Kateqoriya:Aşıq Əli Şairov]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=17905.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|