Revision 17908 of "Düşərsən (Nohəxan Qəşəm)" on azwikisource

<poem>

Mənəm demə, yekələnmə, öyünmə,
Qəza gələr, qalmaqala düşərsən.
Qulağın kar olar, dilin lal olar,
Nalən qalxar haldan-hala düşərsən.

İnsan ki var bu dünyanın barıdı,
Dil onun qəlbinin ixtiyarıdı.
Dünyanın varından kimlər yarıdı?
Gedər varın çox zavala düşərsən.

Qəşəm, qananları yaman söz əyər,
Gec də olsa əyriləri düz əyər,
Bəxtin yatar, tale səndən üz əyər,
Qabağa cəhd etsən, dala düşərsən.
</poem>
[[Kateqoriya:Nohəxan Qəşəm]]