Revision 17909 of "Onları" on azwikisource

<poem>''Bağlama-qıfılbənd''

Bir hikmət bazarı açıbdı sinəm,
İstəyir ki, sata bu xiridarı.
Harda idi Rüstəmin məzarı?
Kim söylədi o, Mövlaya bunları?

Xatəm nə eylədi Mövlaya xitab?
Haradan yazıldı sədrinə kitab?
Əliyəl Murtəza gətirmədi tab,
O səbəbdən gəzdi Mövla onları.

Bu elmə bələtdi Qəşəm dərindən,
Kim hökm etdi Rüstəm qalxdı yerindən?
Nə söylədi o Mövlaya sirindən?
Necə oldu bu peymanın sonları?
</poem>
[[Kateqoriya:Nohəxan Qəşəm]]