Revision 17910 of "Əzizim" on azwikisource<poem>''Bağlama-qıfılbənd''
Bir cəsətə səkkiz xarrat bağlanıb,
Hey dolanır bu cahana, əzizim.
İyrimi yarpağı eyləyir xitab,
Gün yaraşır Gülüstana, əzizim.
Dörd oynağı nəzər salır hər yana,
O, nə yeyir şux dolanır mərdana,
Dil-dodağı nə söylədi insana?
Qəmə düşən o pirana, əzizim?
Qəşəm xəstə düşüb, keçib sərindən,
İstəyir ki mətləb ala pirindən.
Cəsəd nərə çəkib qalxsa yerindən,
Neçə dərdlər yetər cana, əzizim.
</poem>
[[Kateqoriya:Nohəxan Qəşəm]]
This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|