Revision 17911 of "Görmüşəm" on azwikisource<poem>
Adəmi, Xatəmi yetirən başa,
Zərli-zərli zərəfşanı görmüşəm.
Bəzəyib aləmi geydirən dona,
Yaratdığı ləl, mərcanı görmüşəm.
Şirindən şirindi dillərdə adı,
Nuru təcəllası alır muradı.
Aləmə səs salır tamı həm dadı,
Gözlərimlə o nişanı görmüşəm.
Hamı ondan alır güllü Nübarı,
Açıqdır dünyada hər gün bazarı.
Qəşəmi bürüyüb hər cürə barı,
Mən yuxumda o, Mövlanı görmüşəm.
</poem>
[[Kateqoriya:Nohəxan Qəşəm]]
This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|