Revision 17912 of "Danışaq (deyişmə)" on azwikisource<poem> ''Nohəxan Qəşəm - [[Sərraf Şiruyə]]'' ''Nohəxan Qəşəm'' Şair qardaş anla sözüm, Deyək pünhan dil danışaq. Qara torpaq yer üzündə, Ləngər vurur tel danışaq. ''Sərraf Şiruyə'' Anlamışam molla, sözün, Açıq-aşkar gəl danışaq. Qara torpaq, gen zəmidə, Ləngər vurur gül danışaq. ''Nohəxan Qəşəm'' Səkkiz aydır uzaq yaşı, Yeddi ayda çaldı başı. Beş ayında bığ yoldaşı, Çıxır başdan bil, danışaq. ''Sərraf Şiruyə'' Səkkiz ayda arpa, buğda, Baş çallaşır yeddi ayda. Bığ çıxarır qarış boyda, Beş ayında bil danışaq. ''Nohəxan Qəşəm'' Qəşəm desin, sən qulaq as, Sel çox olsa, atacaq pas. Onsuz heç vaxt həyat olmaz, Doğru sözü, al danışaq. ''Sərraf Şiruyə'' Toxunmasa daşqın-sellər, Biçər, döyər halal əllər. Şiruyəyəm, bütün ellər, Bilir onu ləl danışaq. ''26 dekabr 1975-ci il.'' </poem> [[Kateqoriya:Nohəxan Qəşəm]] [[Kateqoriya:Sərraf Şiruyə]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=17912.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|