Revision 18006 of "Dururmu görən" on azwikisource<poem>
Sazlı, sözlü bizim qədim Göyçənin,
Dağları, düzləri, dururmu görən?
Yana-yana tənha qoyub gəldiyim,
Ocağın közləri, dururmu görən?
Göyçənin gölündə üzüb yayxanan,
Üzə-üzə bir-birinə toxanan,
Qaqqıldaşa-qaqqıldaşa çalxanan,
Ördəyi, qazları dururmu görən?
"Hacı Qurban" yaylağının sağında,
"Səngər təpəsi"ndə yol qırağında,
Xasay deyir, bizim "Tərsə dağı"nda,
Babamın izləri, dururmu görən?
</poem>
[[Kateqoriya:Xasay Zeynalov]]
This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|