Revision 18007 of "Ay baba" on azwikisource<poem> ''Babam Məşədi Qasıma'' Haqq səni yaratdı cəsur bir insan Gecəni gündüzə qatdın, ay baba. Elinə, obana hey həyan olub Nə qədər səngərdə yatdın, ay baba. Şahiddi "Oyuqlu", "Səngər təpəsi", İdris, Ziyad, Korallarin Vəlisi, Atını oldürüb topun gülləsi Dizədək torpağa batdın, ay baba. Gecə-gündüz köhlən atınla getdin, Şəhri Xorasana bir səhər yetdin, İmami Rzanı ziyarət etdin Arzu, amalına çatdın, ay baba. Vüqarlı dağlardan ilhamın aldın, Şücaət göstərdin, eldə ucaldın, Şərəflə Məşədi adını aldın Parlaq günəşiydin, batdın, ay baba. Xasayam, yaxşını pisdən seylədin, Daşnakları dağa-daşa teylədin, Soltan bəylə sadiq dostluq eylədin. Dəyişdin dünyanı, getdin, ay baba. </poem> [[Kateqoriya:Xasay Zeynalov]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=18007.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|