Revision 18145 of "Ağlar" on azwikisource

<poem>
Qəribliyə gedən köçə,
Dağda çiskin, duman ağlar,
Qürbət eldə sızıldayar, 
Qəlbim olar kaman, ağlar.

Yad adətdə olar naşı,
Daşdan daşa dəyər başı,
Qurumaz gözünün yaşı,
Hey çəkər ah-aman, ağlar.

Həsrətindi bu qəm, qubar,
Ürəkdə dərd, saçında qar,
Göyçə deyin neçə ki var,
İman ağlar, yaman ağlar.
</poem>
[[Kateqoriya:Aqil İman]]