Revision 18158 of "Xoxan apardı" on azwikisource<poem> Uşağı xoxanla qorxutma, bala. Pozular işdahı, qaçar yuxusu. Qalar ürəyində, qalar canında Qalar xəyalında xoxan qorxusu. Bir vədə beləcə qorxudub məni Səsimi beşikdə batırıbdılar. Aqlasam xoxanla hədələyiblər, Xoxanla qorxudub yatırıbdılar. Qırx birdən o yana dadlı çağlarım, Bu yanda taleyim tufan qopardı. Günbəgün azaldı oyuncaqlarım, Istədim dedilər "xoxan apardı". Məni o bucaqdan, məni bu küncdən Gözünü bərəldib baxan qorxudub. Gözüm açılandan, gözüm açandan Mənim gözlərimi xoxan qorxudub. Cırıb paltarımı, ayaqqabımı, Süfrədən dadamı xoxan apardı. Bəlkə, müharibə xoxan deməkmiş Ax, mənim atamı xoxan apardı. Boya atdım, yar sevdim, yarıdım dedim, Xoxanlı günlərim day keçib gedir. Bir səhər eşitdim toylu-busatdı, Bu kənddən o kəndə yar köçüb gedir. Qaçdım səksəkəli qapılarına, Görən deyərdi ki, atlı çapardı. Soruşdum qızını anası güldü, Dedi ki, ay bala xoxan apardı. Qorxular çoxalır, ömür yuxalır, İlahi, dünyada xoxan nə çoxmuş. Mənim xoxanlarım artıb çoxalır, Xoxanı törəyib, doğan nə çoxmuş. Aşkara xoxan var, gizli xoxan var, Aşkara xoxanlar qəmiş xoxanmış... Dostluq eləmişəm on il, on beş il, Sonradan bilmişəm Məmiş xoxanmış. Evimdən xoxana nəzir verirlər, Yoxsa var-yoxumu çalıb-çapardı. Maaşda pulumu kəsir verirlər, Deyirlər qalanın xoxan apardı. Mənə deyirlər ki, möhkəm ol, kişi! Dostların tənəsi çox gəlir mənə. Atmaq istəyirəm mən bu vərdişi, Xoxanlar o saat xox gəlir mənə.</poem> [[Kateqoriya:Telman Hüseyn]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=18158.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|