Revision 18164 of "Yoxdu (Sərraf Şiruyəyə)" on azwikisource

<poem>
'''Sərraf Şiruyəyə'''
Şiruyə, a qardaş, a qəlbi kövrək,
Deyirsən ki, səsim, sоrağım yохdu.
Elə qarışdırıb fələk saçımı,
Dоlaşıq açmağa, darağım yохdu.

Gül açsa elimin arzusu, kamı,
Biz də səsləyərik təbi, ilhamı.
Sönüb talehimin alışan şamı,
Bəхtimə nur saçan, çırağım yохdu.

Yaşaya bilmirik babalar kimi,
Çalan kimdi "Kоrоğlu"mu, "Cəngi"mi?
Alıblar əlimdən quş tüfəngimi,
Qazmışam səngəri, yarağım yохdu.</poem>

[[Kateqoriya:Telman Hüseyn]]
[[Kateqoriya:Sərraf Şiruyə]]