Revision 18168 of "Yaqub" on azwikisource<poem>Demirəm qardaş oldum, sənə qardaşlıq etdim, Ancaq qardaşdan artıq, sənə bağlıyam, Yaqub! Qəfəslərə salınmış yaralı bülbül kimi, Sən gedəndən ürəyi, qəlbi dağlıyam, Yaqub! Qəm qoşunu nə vaxtdır şırım açıb üzümdə, Mən biçarə, yazıqda qalmayıbdı dözüm də. Sən Nəbiyə, İmana bərabərdin gözümdə, Çətinki, səndən sonra coşam, çağlıyam, Yaqub! İndi sən behiştdəsən, mənim yolum haradı? Bunu bir Allah bilir, atəşdi, sırsıradı, Ötən ayım, hər günüm indi sənsiz qaradı, Gözlərimə güc verəm, gərək ağlıyam, Yaqub! Şiruyəyəm, keçmişi birər-birər anardım, Özümün, özgəsinin günahını qanardım. Hər xoş sədan gələndə vallah elə sanardım, El-obada, mahalda pir budaqlıyam, Yaqub! ''2006-cı il''</poem> [[Kateqoriya:Sərraf Şiruyə]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=18168.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|