Revision 18169 of "Döndün" on azwikisource

<poem>Hamının qəlbində sevimli oldun,
Hamının gözündə qardaşa döndün.
Dost dediyin kəsə qəlbbir can oldun,
Dərdimənd sayıldın, sirdaşa döndün.

Belə yazılıbmış haqqın göyündə,
Yüz sirlər varıymış bir düyünündə.
Torpağı yandıran bir yay günündə,
Ömrümün şaxtalı qışına döndün.

Elə sanırdım ki, vaxt var, zaman var,
Elə sanırdım ki, ümid, güman var.
Bilmirdim arada çən var, duman var,
Getdin, gözlərimin yaşına döndün.
''2006-cı il''</poem>

[[Kateqoriya:Sərraf Şiruyə]]