Revision 18170 of "Ay əmi" on azwikisource<poem> Mənim nəzərimdə, mənim gözümdə, Bir müqəddəs ocağıydın ay əmi. O sıldırım qayalardan süzülən, Gur şəlalə, bulağıydın ay əmi. Deyənməzlər yük gəlmişdin dünyaya, Gözləri tox, pak gəlmişdin dünyaya. Allahından tək gəlmişdin dünyaya, Bol bəhrəli budağıydın ay əmi. Qolumuzda güc bilirdim səni mən, Haqsızlığa öc bilirdim səni mən, Nəslimizə tac bilirdim səni mən, Dar gün üçün yarağıydın ay əmi. Mənəmlik etmədin vəzifən ilə, Qondun ürəklərə min dildən-dilə. Uca kürsülərdə bu doğma elə, Obamıza dayağıydın ay əmi. Günəş idin, sübhü tezdən durardın, Axtarardın, bir yenilik arardın. Xarüqələr yaradardın, qurardın, Cəfakeşdin, qoçağıydın ay əmi. Danışardın, lazım gəlsə sən haqdan, Danışmazdın bir kəlmə də nahaqdan. Şər-böhtandan, kin-küdrətdən, günahdan, Qaçağıydın, uzağıydın ay əmi. Çəkdin karvanını bir qatar kimi, Döndün xəyallara, arzular kimi. Eldə deyir, dağ başında qar kimi, Hər bir işdə üz ağıydın ay əmi. ''Yeni Daşkənd, 02.02.2006''</poem> [[Kateqoriya:Aqşin Hacızadə]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=18170.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|