Revision 18171 of "Döndü" on azwikisource<poem>'''Əmim Yaqub Hacıyevin ömründə bir dəfə yazdığı "Ağlaram" rədifli şeirini oxuyarkən'''
Arzun Qu quşunun arzusu kimi
Ömrün Qu quşunun ömrünə döndü
Ömründə bircə yol nəğmə oxudun
O nəğmə ömrünün qəbrinə döndü.
Döndün keçmişinə, baxdın uluna,
Cavab tapılmadı bir sualına.
Gözlərin tikildi ata yoluna,
Səbrin bir ilahi səbrinə döndü.
Yaşadın bir ləkə salmadın ada,
Qoşuldun elinlə aha, fəryada.
Yandın Səməndər tək qohuma-yada,
Mehrin doğma ata mehrinə döndü.
Sən artıq danışıb, artıq gülmədin,
Bir kəsə toxunub, qəlbə dəymədin.
Canında heç ağrı, acı bilmədin,
Bir ağrın əzrayıl əmrinə döndü.
''15 aprel 2006-cı il''</poem>
[[Kateqoriya:Zülfiyyə Şiruyəqızı]]
This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|