Revision 18172 of "Getdi (Yaqub Hacıyevə)" on azwikisource<poem>Dünyaya gələndən Yaqub Hacıyev Elin söykəndiyi dağıydı, getdi. Vətənin əbədi gələcəyinə Fikri, düşüncəsi sağıydı, getdi. Müntəzəm baş əydi haqqın əmrinə, El əhsən söylədi onun səbrinə. Dəyib-toxunmadı insan ömrünə, Üzü el içində ağıydı, getdi. Gəz-dolan qəbrini, Araz, doyunca, Yanan qəlbin ürəyində soyunca. Bakıdan Təbrizə, Araz boyunca Dostluq körpüsündə tağıydı, getdi. O, ilham alardı doğan səhərdən, Dinib danışardı, gülərdi hərdən. Üzündə nur vardı, saçlarında dən, Ömrün ən müdrik çağıydı, getdi. Dondu təbəssümü, yanaqda qaldı, Neçə söz-söhbəti dodaqda qaldı. Həsənli, meyvəsi budaqda qaldı, Yetkin bostanıydı, bağıydı, getdi. ''Bakı şəhəri, 14 may 2006-cı il.''</poem> [[Kateqoriya:Eldar Həsənli]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=18172.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|