Revision 18174 of "Ay məzar daşı" on azwikisource

<poem>Bilmirəm axtarıb kimi haraylar,
Bu necə görkəmdi, necə baxışdı.
Tikdiyin göydələn, zərli saraylar,
Səndən bu dünyaya qalan naxışdı.

Demə təkcə oldum, tənha yarandım,
Sən elin-obanın dostu-sirdaşı.
Oduna alışdım, közünə yandım,
Ay mənim atamın doğma qardaşı.

Yox-yox ömür yolun keçmədi hədər,
Taleyin nə qədər olsada acı.
Bir deyil, beş deyil dur gör nə qədər,
Sənə qardaş deyib ağlayan bacı.

Seyr edib dünyanı, baxmadın gendən,
Çarpışdın həyatla,qartal vuruşdu.
Dostluqdan söz saldım, dostların məndən
Hamısı Yaqub deyib səni soruşdu.

Səfərin tələsik, yol uzun yoldu,
Çəkdin karvanını haqqın evinə.
Sənin ömür yolun bir mövzu oldu,
Şerimin, sözümün bu beş bəndinə.</poem>

[[Kateqoriya:Qılman İman]]