Revision 18176 of "Ey müdrik insan" on azwikisource

<poem>Fikri, düşüncəsi, sözü bir oldun,
Astarı, sifəti, üzü bir oldun.
Tək gəldin dünyaya, düzü bir oldun,
Tək getdin dünyadan gəldiyin kimi.

Gilələndin gözlərimdə yaş kimi,
Sanıram dünyanı sənsiz boş kimi.
Bir göz qırpımında köçdün quş kimi,
Ölüm görməmişdim öldüyün kimi.

Nəfsi bütöv oldun, gözü tox oldun,
Bu ömrü sən başa vurmadın asan.
Dünyamı dağıldı, sənmi yox oldun?
Yox hələ sən varsan, sən yaşayırsan.
Ey aqil, ey müdrik, ey gözəl insan.
''Yeni Daşkənd kəndi, 16 aprel 2006-cı il''</poem>

[[Kateqoriya:Əli Məhərrəmov]]