Revision 18200 of "Şeir yazmaq istəyirəm" on azwikisource

<poem>Yenə coşub şair təbim,
Şeir yazmaq istəyirəm.
Qəlbim, ruhum gəlib dilə,
Deyir yazmaq istəyirəm.

Atıb daşı keçmişlərə,
Könül yıxan hər işlərə.
Olmaz deyib şər işlərə,
 Xeyr yazmaq istəyirəm.

Həm dinclikdi, həm rahatlıq,
Harda varsa xoş abadlıq.
Könüllərə sevinc, şadlıq,
Xeyir yazmaq istəyirəm.

Nəsib olsun qoy səadət,
Pozulmasın əhd-sədaqət.
Sevənlərə eşq-məhəbbət,
Mehir yazmaq istəyirəm.

Öndə vərəq, həm qələmi,
Var Aqşinin öz aləmi.
Sehirlidir söz aləmi,
Sehir yazmaq istəyirəm.
Şeir yazmaq istəyirəm.

''22.07.2007''</poem>
[[Kateqoriya:Aqşin Hacızadə]]