Revision 18201 of "Vaxtında ağla ömrü" on azwikisource

<poem>Ölən anda ağlama,
Vaxtında ağla ömrü.
Xoş günlərə, aylara,
İllərə bağla ömrü.

Halalı bil bəhərli,
Haram olar zəhərli.
Zənn eyləmə dəyərli,
Ya az, ya çoxla ömrü.

Düz de, düzə daş atma,
Düz adama sataşma.
Bəzəməyə çalışma,
Şərlə, nahaqla ömrü.

Gəzmə özgə bir canan,
Aqşin olmaz dərd qanan.
Yaşa doğma, mehriban,
Oğul-uşaqla ömrü.</poem>

[[Kateqoriya:Aqşin Hacızadə]]