<poem>Gecələr yuxusuz, gündüz narahat,
Mən necə sevmişəm gör, necə səni.
Onbeş ilin həsrətinə güc gəlib,
Mən səni demişəm, təkcə səni.
Eh, nədən ayrıldı tən gələn yollar,
Neylədi de səni, çən gələn yollar.
Bilirəm dağılıb sən gələn yollar,
Yenə gözləyirəm hər gecə səni.
Tale qismətidi, neyləyə billəm,
Ta əlim çatanmaz heç nəyə, billəm.
Nə aça bilirəm, nə deyə billəm,
Sevirəm hamıdan gizlicə səni.
07.11.2010
</poem>
[[Kateqoriya:Aqşin Hacızadə]]
This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|