Revision 18205 of "Türk oğlu, Azər oğlu" on azwikisource<poem> '''Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun misilsiz əfsanəvi şücaətinə''' İgidlikdə, cəsarətdə sənin tək, Gərək olmur öz xalqına hər oğlu. Bu gün millət sənin ilə öyünür, Ey vətənin, ey yurdunun nər oğlu. Qisas üçün öz əhdində dayandın, Bir örnəkdi hər bir kəsə bu andın. Ölümünlə ölməzliyi qazandın, Yaşa sən ey türk oğlu, azər oğlu. Görməmişdi yağı belə tamaşa, Döyüş etdin düşmən ilə başbaşa. Hələ yenə səsləyəcək savaşa, Vətən sən tək neçə-neçə ər oğlu. Vətən adlı bir zirvədə qarsan sən, Milyon qəlbə doğmasan sən, yarsan sən. Nə qədər ki, bu dünya var varsan sən, Unudarmı millət hünərvər oğlu. Yol açmısan zəfərlərə çatmağa, Qarabağa bayrağımı saçmağa. Qoymayacaq qanınızı batmağa, Baş komandan ər İlham, Heydər oğlu. '''6 noyabr 2010-cu il.'''</poem> [[Kateqoriya:Aqşin Hacızadə]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=18205.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|