Revision 18206 of "Döyüş, vuruş qələbəylə üz döyüşü" on azwikisource<poem> Yorulmuşuq, usanmışıq dinləməkdən, Yetər daha kürsüdəki söz döyüşü. Qələbəyə, zəfərlərə çatmaq üçün, Gecdi sabah, başlayağın tez döyüşü. Sülh gətirməz, yad gətirər xəta bizə, Qoya bilməz qarşımızda "veto" bizə. Gərək deyil "ATƏT" bizə, "NATO" bizə, Ey millətim, meydanlarda çöz, döyüşü. Ömrümüzü dərd etməsin yurd-yuvasız, Yurdumuzu yurd etməsin yurd-yuvasız. Ərlərimi pərt etməsin yurd-yuvasız, Bu ərlərim görüb qanlı yüz döyüşü. Var cürətin, cəsarətin, sonsuz gücün, Var qüdrətin düşmənini əzmək üçün. Bir millət tək başı uca qəzmək üçün, Döyüşlərdə udmalıyıq biz döyüşü. Bəsdi daha gözlədiyin, qalx millətim, Yetər daha bu həsrətin, bu zillətin. Silah götür, səngərində dayan mətin, Döyüş, vuruş qələbəylə üz döyüşü. Yetər daha kürüsüdəki söz döyüşü. '''25.05.2010''' </poem> [[Kateqoriya:Aqşin Hacızadə]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=18206.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|