Revision 18209 of "Gəzdirir" on azwikisource<poem>Dar vaxtda Vətənə gərək olmayan,
Gen gündə belində yaraq gəzdirir.
Qəpiyə dəyəsi ağlı da yoxdu,
Başında beş minlik papaq gəzdirir.
Bir dərdi, bir qəmi, kədəri yoxdu,
Pislikdə heç bundan betəri yoxdur.
Özünün özündən xəbəri yoxdur,
Özgədən özgəyə soraq gəzdirir.
Aqil var ey Aqşin, otuzdur yaşı,
Bu nadan qırxında həyata naşı.
Ağlı yox başında, axı o başı,
Bu yazıq nə bilsin nahaq gəzdirir.
'''10.03.2010'''</poem>
[[Kateqoriya:Aqşin Hacızadə]]
This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|