Revision 18594 of "Qadın!" on azwikisource

<poem>Qadın,
Cildləri sökülən kitab beynində
Vərəqlə gerçək xatirələri
Xatırla qadın,
Bir sal yadına
Sənki, fidan ömrü sürürdün
Niyə ləkə yaxdın?
Ana ismətinə,
Qadın adına.

Qadın,
Düşüncən dənizlər tək dərindir,dərin,
Törətdiyin cinayətin cəzasın çəkir-
Məhbəs bətnindəki övlad əsərin.

Qadın,
Öyünmə zərifliyinlə,
Anla və bil ki,
Sən mələklər qədər gözəl olsan da belə,
Ayağın dəyən yerdir ən gözəl yerin.
Əfsus… Əfsus ki,
Düşdün toruna sonda pislərin,
Nəhayət,
Ağlına düyün vurdu kəndir hislərin.

Qadın,
Şeytan məkrinə uyub elə ki,
“Hər gün bir kişiyə sən ərə getdin”
Sən o gün, həyat yoldaşına yox,
İçindəki “MƏN”-ə xəyanət etdin.
</poem>
== Müəllif ==
Roma Xosrov Laçınlı

==Müəlliflə Əlaqə Yarat==

*[http://ruhsalpoeziya.kitabxana.net Roma Xosrov Şeirləri]
*[http://www.facebook.com/public/Roma-Xosrov-Laçınlı ]

 
[[Kateqoriya:Roma Xosrov]]