Revision 19236 of "Qadın!" on azwikisource<poem>Qadın, Cildləri sökülən kitab beynində Vərəqlə gerçək xatirələri Xatırla qadın, Bir sal yadına Sənki, fidan ömrü sürürdün Niyə ləkə yaxdın? Ana ismətinə, Qadın adına. Qadın, Düşüncən dənizlər tək dərindir,dərin, Törətdiyin cinayətin cəzasın çəkir- Məhbəs bətnindəki övlad əsərin. Qadın, Öyünmə zərifliyinlə, Anla və bil ki, Sən mələklər qədər gözəl olsan da belə, Ayağın dəyən yerdir ən gözəl yerin. Əfsus… Əfsus ki, Düşdün toruna sonda pislərin, Nəhayət, Ağlına düyün vurdu kəndir hislərin. Qadın, Şeytan məkrinə uyub elə ki, “Hər gün bir kişiyə sən ərə getdin” Sən o gün, həyat yoldaşına yox, İçindəki “MƏN”-ə xəyanət etdin. </poem> == Müəllif == Roma Xosrov Laçınlı ==Müəlliflə Əlaqə Yarat== *[http://ruhsalpoeziya.kitabxana.net Roma Xosrov Şeirləri] *[http://www.facebook.com/public/Roma-Xosrov-Laçınlı ] [[Kateqoriya:Roma Xosrov]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=19236.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|