Revision 19361 of "Azadlıq marşı" on azwikisourceAZADLIQ MARŞI Azərbaycan Milli Azadlıq Hərəkatının marşı Həmçinin [[Vətəndaş Həmrəyliyi Partiyası]]nın himni. *Musiqi: Heyrati *Söz: Elçin Mirzəbəyli <poem> Ey ulu Vətənim, doğma torpağım, Var tükənməz odun, sönməz ocağın, Azadlığa çıxmaq üçün qalxsın bayrağın. Qalx ayağa millət, Boğmasınlar səsimizi. Bir bayraq altında Birləşdir bizi. Biz ki, Vətən oğlu, millət oğlu, Odlar oğluyuq, Biz ki, xalqa bağlı, yurda bağlı, elə bağlıyıq, Biz ki, haqq yolunda andımızdan dönmərik heç vaxt, Vuruş zülmə qarşı, ey ulu torpaq! Qalx ayağa millət, Boğmasınlar səsimizi. Bir bayraq altında Birləşdir bizi. Yad qılınc ilə qırıldıq yetər, Zülmə qarşı qalxaq, qul olduq yetər! Biz ayağa qalxsaq əgər, ayrılıq bitər! Qalx ayağa millət, Boğmasınlar səsimizi. Bir bayraq altında Birləşdir bizi! </poem> [[Kateqoriya:Mahnı sözləri]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=19361.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|