Revision 25967 of "Arzu (Aşıq Abbasəli)" on azwikisource{{aydınlaşdırma|Arzu (dəqiqləşdirmə)}}
{{header
| title = Arzu
| author = Aşıq Abbasəli
| translator =
| section =
| previous =
| next =
| year =
| notes =
| categories =
| portal =
}}
<poem>
''Bacısı Nərgizin yeddi qızdan sonra dünyaya gələn oğlu Arzuya''
Xudayə kimsəni darda qoymayıb,
Bizim diləyimizin barıdır Arzu.
Əminin, dayının, qohum, qonşunun,
Zəngin xəzinəsi, varıdır Arzu.
Qədəmin mübarək!, xoş gəlib ilin,
Ürəklər oxşasın, qoy şirin dilin.
Böyük bir nəsilin, ağır bir elin,
Namusu, qeyrəti, arıdır Arzu.
Könlüm tel-tel ötür gəlibdi dilə,
Kökləyib sazımı çəkmişəm zilə.
Atanın, ananın sevinci ilə,
Abbasəli dayın yarıdır, Arzu!
</poem>
[[Kateqoriya:Aşıq Abbasəli]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=25967.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|