Revision 27451 of "Döndü" on azwikisource

{{Başlıq
| başlıq             =Döndü
| müəllif            = Zülfiyyə Şiruyəqızı
| keçidsiz müəllif   = 
| tərcüməçi          = 
| keçidsiz tərcüməçi =
| bölmə              =
| əvvəlki            = 
| növbəti            = 
| il                 = 15 aprel 2006-cı il
| qeydlər            = '''Əmim Yaqub Hacıyevin ömründə bir dəfə yazdığı "Ağlaram" rədifli şeirini oxuyarkən'''
}}
<poem>
Arzun Qu quşunun arzusu kimi,
Ömrün Qu quşunun ömrünə döndü.
Ömründə bircə yol nəğmə oxudun,
O nəğmə ömrünün qəbrinə döndü.

Döndün keçmişinə, baxdın uluna,
Cavab tapılmadı bir sualına.
Gözlərin tikildi ata yoluna,
Səbrin bir ilahi səbrinə döndü.

Yaşadın bir ləkə salmadın ada,
Qoşuldun elinlə aha, fəryada.
Yandın Səməndər tək qohuma-yada,
Mehrin doğma ata mehrinə döndü.

Sən artıq danışıb, artıq gülmədin,
Bir kəsə toxunub, qəlbə dəymədin.
Canında heç ağrı, acı bilmədin,
Bir ağrın əzrayıl əmrinə döndü.
''15 aprel 2006-cı il''
</poem>

[[Kateqoriya:Zülfiyyə Şiruyəqızının qoşmaları]]
[[Kateqoriya:2006-cı ilin qoşmaları]]